Ukrayna-ABŞ əlaqələri: Yeni mərhələ

Tarix: 22:38 04.07.2025
ABŞ-nin Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Zelenski söhbətin çox vacib və məhsuldar keçdiyini bildirib. O, iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm məsələlərin müzakirə olunduğunu, ABŞ-nin Ukraynaya verdiyi dəstəyə görə təşəkkür etdiyini və sülh üçün səylərin davam etdiriləcəyini vurğulayıb.
Ukrayna Prezidenti, ABŞ-lə birlikdə çox şeyə nail olunduğunu bildirib və sülhə nail olmaq üçün ağlabatan razılaşmanın zəruriliyini qeyd edib. O, həmçinin cəbhədəki vəziyyət və Rusiyanın hava zərbələri ilə bağlı Trampa məlumat verib.
Zelenski telefon danışığı zamanı hava hücumundan müdafiə qüvvələrinin gücləndirilməsi və bu sahədə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Həmçinin ABŞ-lə müdafiə sənayesində birgə istehsal və layihələrin həyata keçirilməsi məsələlərinin də ətraflı müzakirə olunduğunu qeyd edib.
Zelenski sonda ABŞ-Ukrayna əməkdaşlığının daha da möhkəmləndiriləcəyinə inandığını vurğulayıb.
Mənbə: CNN Türk
Türkan Kərimli