Tramp ilə çox vacib bir görüş keçirdik- Zelenski

Bölmə: Dünya › ,
Tarix: 22:46 04.07.2025

 

Ukrayna Dövlət Başçısı Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə çox vacib və səmərəli bir telefon danışığı apardığını bildirib.

Zelenski X hesabında etdiyi paylaşımda Tramp ilə telefonla danışdığını bildirib.
Söhbət zamanı ABŞ-nin Müstəqillik Günü münasibətilə təbrik etdiyini qeyd edən Zelenski, “çox vacib və səmərəli bir görüş” keçirdiklərini deyib.

ABŞ-nin dəstəyinə görə minnətdar olduqlarını vurğulayan Zelenski bildirib: “Amerika ilə birlikdə çox şeyə nail olduq. Qətlləri dayandırmaq və ədalətli, dayanıqlı və ləyaqətli sülhü yenidən bərpa etmək üçün bütün səyləri dəstəkləyirik. Sülh üçün məntiqli bir razılaşmaya ehtiyac var”.

Zelenski cəbhədəki vəziyyət və Rusiyanın Ukraynaya davam edən hava hücumları barədə Trampa məlumat verdiyini deyərək əlavə edib: “Hava hücumundan müdafiə sistemləri barədə danışdıq və hava məkanımızın müdafiəsini gücləndirmək üçün birgə işləmək barədə razılaşdıq”.

Zelenski, iki ölkə arasında müdafiə sənayesi imkanlarının artırılması və birgə istehsal mövzusunda ətraflı danışdıqlarını bildirərək bu sahələrdə ABŞ ilə birbaşa layihələr həyata keçirməyə hazır olduqlarını qeyd edib.

TRT XƏBƏR
Lalə Qurbanlı