Rusiya Ukraynanın ürəyini hədəfə alıb

Tarix: 22:41 04.07.2025
Ukrayna Rusiyanın paytaxt Kiyevə 539 pilotsuz uçuş aparatı (PUA) və 11 raketlə genişmiqyaslı hücum həyata keçirdiyini açıqlayıb. Rəsmi şəxslər bu hücumu indiyədək baş vermiş ən intensiv hava hücumlarından biri kimi qiymətləndiriblər. Bildirilib ki, Kiyevdə 23 nəfər yaralanıb.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına məxsus Telegram hesabında yayımlanan yazılı açıqlamada, Rusların Ukraynaya intensiv hava hücumu həyata keçirdiyi bildirilib.
Açıqlamada Rus ordusunun müxtəlif tipli 11 ballistik və qanadlı raket, eləcə də 539 PUA ilə hücum etdiyi qeyd olunaraq, “Hücumun əsas istiqaməti Ukraynanın paytaxtı Kiyev idi” ifadəsi yer alıb.
Hərbi Hava Qüvvələrinin fəaliyyəti nəticəsində 2 raketin məhv edildiyi, 476 PUA-nın isə ya məhv edildiyi, ya da istiqamətinin dəyişdirilərək zərərsizləşdirildiyi vurğulanıb.
Kiyev şəhərinin meri Vitali Kliçko isə Telegram hesabında Rus ordusunun paytaxta etdiyi hücum nəticəsində 23 nəfərin yaralandığını bildirib. Kliçko yaralılardan 14 nəfərin xəstəxanaya yerləşdirildiyini və 5 təcili tibbi yardım maşınının zərər gördüyünü qeyd edib.
CNN TÜRK
Lalə Qurbanlı