Messi MLS-də rekorda imza atıb

Bölmə: İdman › ,
Tarix: 10:47 10.07.2025

Argentina millisinin və ABŞ-nin “İnter Miami" komandasının futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

 

"İnformator.az" xarici mətbuata istinadən xəbər verir ki, “New England Revaluation” ilə matçda dubl edən 38 yaşlı hücumçu MLS tarixində ardıcıl 4 oyunda iki qol vuran ilk oyunçu olub.

 

Qarşılaşma “İnter Miami”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.