Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllimin fəaliyyətinə xitam verilib

Bölmə: Sosial › ,
Tarix: 10:50 10.07.2025

Artıq sertifikatlaşdırma prosesinin növbəti mərhələsi uğurla başa çatıb.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək.

 

Sertifikasiyanın 2022-ci ildən başladığını xatırladan nazir ümumilikdə bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verildiyini diqqətə çatdırıb.

 

"İmtahanda 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil”, - Emin Əmrullayev əlavə edib.