Avropa İttifaqının Tehranla bağlı planları nələrdir?

Bölmə: Siyasət › ,
Tarix: 23:25 23.06.2023

Tehran Vaşinqtonla dolayısı danışıqlardan sonra hazırda da Qərblə birbaşa müzakirələr aparmaq üçün fürsət tapıb. İran və Avropa İttifaqının rəsmi şəxslərinin Dohada baş tutan görüşü elə bunun bir nümunəsidir. Görüş çərçivəsində rəsmi Tehranla Avropa iqtisadi və siyasi səhələrdə müzakirələr aparıblar. Bəs həqiqətdə İttifaqın İran üçün gələcək planı nədir? İnformator.az suallara cavab tapmaq üçün araşdırma aprıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Avropa İttifaqı ilə İran arasında Dohada görüş keçirilib. Burdan Tehranın Birləşmiş Ştatlardan sonra indi də Qərblə əlaqələrini düzəltmək niyyətində olduğu göründüyü bildirilir. Xüsusilə, görüşün Molla rejiminin xarici siyasətində böyük rol oynayacağına ümid var. Qərb isə rəsmi Vaşinqtonla Tehran arasındakı əlaqələrdən bixəbər və kənarda qalmaq istəmədiyindən danışıqlar masasına oturdu desək daha doğru olar. Digər tərəfdən, Qərb ölkələrinin başqa bir marağı Ukrayna müharibəsində İranın Rusiyaya silah verməyəcəyi, uranın zənginləşdirilməsinin 90 faiz həddən 60-a endirilməsini qarantiyə almaqdır. Lakin, mütəxəssislərin sözlərinə görə, aparılan danışıqlar Avropa İttifaqı ilə İranın siyasi aspektlərdən hər hansı razılığa gəlməyəcəklərini göstərir. Çünki, Molla rejimi Qərbin irəli sürdüyü tələblərə əməl etməyi və məkrli siyasətindən dönməyi düşünmür.

 

İranın tələblərinə gəldikdə isə bu təbii ki, sanksiyaların yumşaldılması və ləğv edilməsi ilə bağlıdır. Digər tərəfdən Tehran da öz növbəsində rejimə müxalif olan və Avropada yaşayan güclərin fəaliyyətinə nəzarət olunmasını istəyir. Həmçinin, İran dondurulmuş pullarının azad olunacağına dair razılaşma da tələb edir. Ancaq, bütün bunların Qərb tərəfindən xoş qarşılanmayacağı hamıya məlumdur. Söhbət Avropadan getdiyindən təbii ki, onun öz mənfəətlərini də düşünməsini və rəsmi Tehrandan bəzi iqtisadi münasibətlərdə istifadə etmək istəməsini də gözardı etmək olmaz. Hazırda İranla yaxınlaşmağa meylli olmasında isə Rusiyaya tətbiq edilən sanksiyaların xüsusi rolu var. Yəni bir sözlə, iqtisadi əməkdaşlıqlara hər iki tərəfin müəyyən mənada ehtiyacı var.

 

İqtisadçı Xalid Kərimli bilidirb ki, Qərbin Rusiyanın enerji bazarını alternativ olaraq İranın enerji ehtiyyatına marağı var ehtiyacı var: “Təbii ki Rusiya və Qərb qarşıdurması fonunda İranın rolu artır. Bu baxımdanda Qərbin İranla münasibətləri yaxşılaşaraq Rusiyanı təkləmək cəhdləri nə qədər uğurlu olacağını yaxın gələcək göstərəcək”.

 

Birləşmiş Ştatlar, Avropa və digər böyük qüvvələr rəsmi Tehranla əməkdaşlıq etsələr belə, bu İran rejimini sona kimi ayaqda saxlaya biləcək amillər deyil. Çünki daxildə rejimə qarşı böyük bir qəzəb hökm sürür. Millətin molla rejiminə olan aqresiyası isə günü-gündən artmaqda davam edir.