Rusiyada son vəziyyət: Putin hərbi vəziyyət elan etdi
Bölmə: Siyasət › ,Tarix: 16:58 24.06.2023
Putin hərbi vəziyyətin pozulmasına görə 30 sutka həbsə icazə verən qanunu imzalayıb.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, Putin müqavilə əsasında məhkumların da hərbi xidmətə cəlb edilməsi haqqında qanunu da imzalayıb. Sözügedən sənədlərin dərc edilidiyi rəsmi sayta görə, Rusiya lideri Vladimir Putin hərbi vəziyyət qaydalarını pozanlara görə 30 günlük həbs müddətini nəzərdə tutan qanunu imzalayıb.
Müvafiq qərara əsəasən, qanunu pozan vətəndaşlar 500-dən min rubla qədər cərimə edilir və ya 30 günə qədər həbs edilir. Eyni zamanda qanunu pozan vəzifəli şəxslər isə 1000-2000 rubl cərimə və ya 30 günə qədər həbs edilir. Əgər pozuntu zamanı hər hansı nəqliyyat vasitəsindən istifadə edilərsə, həmin avtomobilin qanun çərçivəsində səlahiyyətli orqanlar tərəfindən ələ keçirilməsi nəzərdə tutulur.
Sənədə əlavələrdə qeyd olunub ki, hərbi vəziyyəti pozanları həbs etmək hüququna federal icra hakimiyyəti orqanları və onların bölgələrdəki bölmələri, rayonlarda icra hakimiyyəti orqanları və hərbi vəziyyəti təmin edən hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri sahib olacaqlar.
Putinin imzaladığı ağır cinayət törətmiş şəxslərdən başqa məhkumların müqavilə əsasında hərbi xidmət keçməsinə icazə verən qanunun əlavəsinə görə, səhhətində müəyyən problemlər olan, adi səbəblərdən qulluğa qəbul olunmayan vətəndaşlar səfərbərlik və müharibə zamanı ordu ilə müqavilə bağlaya biləcəklər. Həmin vətəndaşların hərbi xidmətdən tərxis olunmasına səbəb kimi səfərbərlik müddətinin başa çatması, hərbi vəziyyətin ləğvi və/və ya müharibə dövrünün başa çatması göstərilib.
Sözügedən qanun keçən həftə müvafiq olaraq Rusiya parlamentinin aşağı palatası Duma və yuxarı palatası Federasiya Şurası tərəfindən təsdiqlənib.
Şəbnəm