Zelenskidən Rusiya-Vaqner böhranı ilə bağlı ilk AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 15:11 24.06.2023

Ukrayna prezidenti Zelenski ilk açıqlamasında “Rusiyanın zəifliyi göz qabağındadır” deyə bildirib.

 

İnformator.az Reuters-ə istinadən xəbər verir ki, Zelenski “Rusiya Ukraynada qoşun saxlamağa davam etdikcə daha çox xaos yaranacaq” kimi fikirlər səsləndirib.

 

Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak "Rusiya üçün hər şey yeni başlayır" deyərək mövqeyini ifadə edib: "Bölünmə çox aydındır. Hər şeyin qaydasında olduğunu iddia etmək işə yaramayacaq".

 

Xatırladaq ki,  Vaqnerin qurucusu Yevgeni Priqojin rus ordusunu Vaqnerə hücum etməkdə günahlandırıb və qisas alacağı ilə hədələyib. Bu vəziyyətlə əlaqədar Federal Təhlükəsizlik Xidməti (FSB) “silahlı iğtişaş” maddəsi ilə cinayət işi açıb.