Putindən yeni açıqlama: Prioritetimiz Ukraynadakı hərəkatdır
Bölmə: Siyasət › ,Tarix: 15:21 25.06.2023
Rusiya prezidenti Vladimir Putin Vaqner böhranı başa çatdıqdan sonra ilk dəfə fikir bildirib.
İnformator.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin prioritetinin Ukraynadakı hərəkat olduğunu və daima Müdafiə Nazirliyinin rəsmiləri ilə daim əlaqə saxladığını bildirib. "Prioritetimiz Ukraynadakı hərəkatdır. Ukraynadakı bütün planlarımız gerçəkləşəcək", - Rusiya lideri Putin deyib. Putin Ukraynada hərəkatın özü üçün əhəmiyyətini “Günə bununla başlayıram və bununla bitirirəm” sözləri ilə izah edib.
O, Ukraynadaki xüsusi hərbi əməliyyatlarla bağlı bütün planlar və tapşırıqlarınyerinə yetiriləcəyini də ifadə edib.