Yunanıstan yenidən seçim edir

Bölmə: Siyasət › ,
Tarix: 13:28 25.06.2023

Yunanıstanda ümumi seçkilər üçün səsvermə başlayıb. Seçicilər saat 07:00-dan 19:00-dək səs verə biləcəklər.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, səsverməyə gedən seçicilər 26 siyasi partiya, 4 partiya ittifaqı və 2 müstəqil namizəd arasında seçim edəcəklər. Ölkə üzrə seçici siyahılarında 9 milyon 813 min 595 seçici qeydə alınıb.

 

Seçki qutusunun rəsmisi Vasilis Kritikos günün ilk saatlarında iştirak nisbətinin mayın 21-də keçirilən ümumi seçkilərdən daha aşağı olduğunu bildirib. O, "İlk 3 saatda fəallıq kifayət qədər aşağı idi. Ümid edirəm ki, növbəti saatlarda iştirak nisbəti artacaq və daha çox adam qutuya gələcək. Seçici fəallığını zəif olmasında yay tətilinin başlaması da təsirli ola bilər" deyə qeyd edib.

 

Mayın 21-də keçirilən ümumi seçkilərin nəticələrinin təəccüblü olduğunu və sorğu şirkətlərinin böyük ölçüdə yanıldığına diqqət çəkən Kritikos, xüsusilə seçkilərdə geridə qalan partiyaların seçicilərinin məyus olması səbəbindən seçkiyə getmədiyini bildirib. Kritikos, "Bu vəziyyət ilk seçkidə uduzan partiyaların seçicilərinə təsir edərsə, nəticə bu partiyalar üçün daha pis olacaq" deyib.

 

Qeyd edək ki, Yunanıstanda bu il ilk dəfə tətbiq edilən seçki sisteminə görə, ümumi seçki nəticəsində hökumət qurula bilməsə, seçicilər ikinci dəfə sandığa gedir. İkinci dəfə seçki qutusuna gedərkən birinci partiyaya ən azı 25 faiz səs toplamaq şərti ilə 300 yerlik parlamentdə aldığı səs faizindən asılı olaraq 20-dən 50-dək deputat verilir.