Vaqner böhranı sonrası dünyanın diqqəti sabahkı zirvədə!

Bölmə: Siyasət › ,
Tarix: 14:54 03.07.2023

Rusiya dövləti ilə Vaqner qrupu arasında yaşanan böhrandan sonra Rusiya prezidenti Vladimir Putin ilk dəfə sammitdə iştirak edəcək.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 23-cü Dövlət Başçılarının Zirvə Toplantısı videokonfrans şəklində keçiriləcək. Sammitdə ŞƏT-in builki iclasının ev sahibi Hindistanın baş naziri Narendra Modinin və Çinin sədri Si Cinpinin iştirakı gözlənilir.

 

Bildirilib ki, təşkilata üzv ölkələr Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan, eləcə də İran, Belarus və Monqolustan sammitə müşahidəçi ölkə kimi dəvət olunub.
Associated Press (AP) xəbər agentliyi bu sammitin Moskva üçün hər zamankından daha əhəmiyyətli olduğunu vurğulayıb. Agentliyə danışan ekspertlər bildiriblər ki, sammit Putinə Vaqner lideri Priqojinin qısamüddətli üsyanından sonra hələ də nəzarətdə olduğunu göstərmək imkanı verib.

 

Sayad