Vaqnerdən çaşqınlıq yaradan açıqlamalar - Yeni qələbələr görəcəksiniz
Bölmə: Siyasət › ,Tarix: 21:25 03.07.2023
Ötən ay Rusiyada silahlı üsyana cəhd edən rus muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin “Tezliklə cəbhədə yeni qələbələr görəcəksiniz” açıqlaması ilə diqqət çəkib.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, iyun ayında Rusiyada qısamüddətli üsyana başlayan rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojin sosial şəbəkədə səsli mesaj yayımlayıb. Priqojin rus xalqına müraciət edərək, "Bizim buna bu gün hər zamankindən daha çox ehtiyacımız var. Bu dəstəyə görə təşəkkür edirik" deyib.
Moskvada başlatdıqları silahlı yürüşü "ədalət yürüşü" olaraq xarakterizə edən Priqojin "Bizim ədalət yürüşümüz xainlərlə mübarizə və ictimaiyyəti səfərbər etmək məqsədi daşıyırdı. Düşünürəm ki, biz buna böyük ölçüdə müvəffəq olduq".
Vaqnerin dağılıb-dağılmayacağı ilə bağlı sualı cavablandıran Priqojin “Əminəm ki, tezliklə cəbhədə gözlənilən qələbələrimizi görəcəksiniz” ifadələrini işlətməklə Vaqnerin fəaliyyətinin davam edəcəyinə işarə edib.
Rusiya prezidenti Vladimir Putinin 5 gün bundan öncə Vaqner qrupunun xaricdəki fəaliyyətinin davam etdirilməsini təmin etmək və Rusiya ordusunu onlara qarşı hücum təşkil etməkdə ittiham edərək Rusiya rəhbərliyinə qarşı üsyana başlayan qruplaşmanı tam nəzarətə götürmək cəhdlərinə başlanıldığını bildirib. Bu çərçivədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Suriyada Bəşər Əsədlə birbaşa əlaqə yaratmaq ötən həftə sonu Dəməşqə uçub. Verşinin Əsədi Vaqner qüvvələrinin Moskvanın nəzarəti olmadan Suriyadan çıxmasını dayandırmağa çağırıb.