Araik Arutyunyanın Kremlə məktubu - Məqsəd nədir?
Bölmə: Siyasət › ,Tarix: 15:23 05.07.2023
Son Vaşinqton görüşündən sonra separatçıların canına vəlvələ düşüb. Belə ki, onlar artıq sonlarının yaxınlaşdığını dəqiq bilirlər. Elə buna görə də hər yerdən mədəd umurlar. Son olaraq Rusiya prezidenti Vladimir Putinə məktub yazan separatçı başı Araik Artyunyan ondan gözlənilən sonun olmaması üçün yardım istəyib. Lakin yalvarış dolu məktuba Moskvadan hələ ki, heç bir reaksiya yoxdur. Hazırki vəziyyətdə isə ən maraqlısı məktubda Kremldən hansı nünasların icrasının tələb olunduğudur.
Araik Arutyunyanın Moskvaya məktubu Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Məktubda Kremldən tələbin detalları açıqlanmasa da mətbuata sızan məlumatlardan belə aydın olur ki, Araik özlüyündə 3 məqsəd güdür. Rejim Putinə müraciət etməklə birincisi separatçıların blokadada olması yalanını ictimailəşdirmək və çıxılmaz vəziyyətdə olduqları görüntüsünü yaratmağı hədəfləyir. Moskvaya müraciətin digər məqsədi isə Kremldə "Paşinyan hakimiyyətinin bizə kömək etmir" rəyini gücləndirməkdir. Araik, eləcə də hadisələrin mümkün inkişafına, xüsusilə təslim olacağı zaman üzləşəcəyi ittihamlara hazırlıq görür.
Siyasi şərhçi Oqtay Qasımov bildirib ki, bu məktubda Araikin əlbəttə ki,qeyri-adi heç nə yazmayıb: “İndiyədək müxtəlif dövrlərdə səsləndirilən fikirlər bu məktubda yer alıb.Burada Rusiyanın bölgədəki xüsusilə Qarabağdakı prosesə yaxından müdaxilə etməsi istənilir.Digər tərəfdəndə rus hərbi kontingentinin sayının artırılması ilə bağlı fikirlər orada yer ala bilər”.
Məktubla bağlı digər mühüm məlumat isə baş separatçının Rusiya prezidentindən bundan sonra nə edəcəyinə dair cavab gözlədiyini qeyd etməsidir. Araikin Putindən qısa zaman kəsiyində dəqiq cavab istəməsi heç də təəccüblü deyil. Çünki Vaşinqton görüşündən sonra yenidən gündəmə gələn 10 noyabr bəyanatının 4-cü bəndi separatçıların tezliklə bölgədən çıxarılacağından xəbər verir. Bu isə razılaşmanın üçüncü tərəfi olan Moskvanın üzərinə götürdüyü öhdəlikdir. Yəni sadə dillə desək, Araik məktub ilə həm də Kremlin bunu edib-etməyəcəyini araşdırır. Gələn mövqe əsasında hərəkət etməyi planlayır.Qaldı ki,Rusiyanın sepataçılara cavabına siyasi şərhçi Yeganə Hacıyeva hesab edir ki, artıq bəyanatdan iki il 9 ay keçməsinə baxmayaraq, Rusiya bu bəndi yerinə yetirməyib: “Rusiya bu bəndi yerinə yetirməməyin yollarını sabotaj etmək üçün variantlar axtarır.Və burada da Araik,Qarabağ erməniləri, orada olan qeyri-qanuni silahlı birləşmələrlə bu istiqamətdə koalisiyon bir oyun yaradırlar.
Siyasi şərhçilər Araikin Putinə yalvarış məktubunu boşa atılmış addım kimi qiymətləndirirlər. Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını deməsindən sonra Araikin Rusiya Prezidentinə məktub yazması heç nəyi dəyişdirməyəcək. Hazırki situasiya onu göstərir ki, Azərbaycanın amnistiya təklifi separatçıların son və yeganə şansı idi.
Nəzrin