Araik Arutyunyan da məhkəmə qarşısına çıxacaq! - DETALLAR
Bölmə: Siyasət › ,Tarix: 13:29 06.07.2023
Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyaya çağırılacaq növbəti şəxsin adı bəlli olub. Belə ki, baş nazir Nikol Paşinyandan sonra separatçı başı Araik Arutyunyan məhkəmə qarşısında dindiriləcək. İstintaqa cəlb olunacaq şəxslər siyahısında Araikin adı isə son deyil. Erməni mətbuatına sızan məlumatlara görə, separatçı rejimdən bir çox şəxsin adı da bu siyahıda yer alır.
Paşinyandan sonra indi də növbə Araik Arutyunyandadır. Erməni mediasında yayılan məlumatlara görə, separatçıların başçısı məhkəmə qarşısına çıxarılacaq. Belə ki, Ermənistanda 44 günlük müharibə ilə bağlı parlament komissiyası Araiki də istintaqa cəlb etmək istəyir. Sözügedən məsələni şərh edən analitiklər Paşinyandan sonra Araik Arutyunyanın seçilməsinin isə təsadüfi olmadığını deyirlər. Rəsmi İrəvan məhkəmə prosesi ilə bağlı imitasiya etməklə məhz daxili auditoriyaya mesaj ötürmək məqsədi daşıyır.
Siyasi şərhçiİlyas Hüseynov hesab edir ki, Nikol Paşinyandan sonra Araikin istintaqın dəvəti ilə dindiriləcəyi daxili auditoriyaya hesablanmış bir addımdır: “Bütün bunlar törədilən cinayyətlərin ört-basdır edilməsi məqsədini güdür.Yaxşı olardı ki, Araikin həbs olunamsı vətörətdiyi cinayətlər fonunda həbs edilməsini də izləyək”.
Amma Ermənistanda Araikin istintaqa cəlb edilməsi ilə paralel olaraq onun məhkəməyə necə gedəcəyi də müzakirə mövzusuna çevrilib. Səbəb isə separatçıların başçsının məhkəməyə,yəni İrəvana getməsi üçün Laçın nəzarət-keçid məntəqəsindən istifadə etməli olmasıdır.Belə ki,Azərbaycanın amnistiya təklifini rədd edən separatçı postdan istifadə edəcəyi təqdirdə elə yerindəcə həbs edilə bilər.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirir ki, Araiki Azərbaycan interpol xətti ilə axtarışa verib: “O, hərbi cinayyətkardır və Azərbaycan konstitusiyasına uyğun cəzalandırılmalıdır.Bu xüsusda Araikin İrəvana getməsi onun həbsi ilə nəticələnə bilər.Çünki onun sərbəst şəkildə Azərbaycanın nəzarət-buraxılış məntəqəsindən keçməsi qeyri-mümkündür”.
İstintaq komissiyasının məhkəməsinə dəvət olunacaq şəxslərin siyahısı Araik Arutyunyanla da kifayətlənmir. Növbəti günlərdə dindiriləcəklər arasında isə xüsusilə iki şəxsin adı hallanır.Söhbət qondarma rejimin keçmiş "müdafiə naziri" Calal Arutyunyan və Ermənistanın sabiq müdafiə naziri David Tonoyandan gedir. Bu günlərdə baş nazirdən sonra komissiyaya hansı məmurların dəvət olunacağı müzakirələri fonunda Araik və Calal Arutyunyandan başqa bir sıra separatçı rejim üzvünün məhkəmə qarşısına çıxarılması da gözlənilir.