Cənubi Koreya prezidenti Yoon NATO sammitində iştirak edəcək

Bölmə: Siyasət › ,
Tarix: 13:33 06.07.2023

Cənubi Koreya prezidenti Yoon Suk Yeol gələn həftə NATO sammitində iştirak etmək üçün Avropaya səfəri çərçivəsində Litva və Polşaya səfər edəcək.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Yonhap-ın xəbərinə görə, Cənubi Koreya prezidentinin milli təhlükəsizlik müşaviri Kim Tae-hyo Ukrayna müharibəsini ilə yanaşı Hind-Sakit Okean regionunun NATO ilə əməkdaşlığı kimi mövzuları da müzakirə etmək üçün Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Şimali Atlantika Alyansının Zirvə Toplantısına qatılacağını söyləyib.

 

Kim iyulun 10-12-də keçiriləcək NATO sammiti zamanı ikitərəfli görüşlər keçirəcək Yoonun Yaponiyanın baş naziri Kişida Fumio ilə görüşmək istədiyini bildirib. Yaponiya mətbuatı da Kişidanın Yoon ilə görüşəcəyini açıqlayıb və iki liderin görüşü zamanı Fukuşimadakı Dai-içi elektrik stansiyasında yığılan radioaktiv tullantı sularının Sakit okeana axıdılması planının müzakirə ediləcəyini bildirib.

 

Yüksək səviyyəli Koreya rəsmisi bildirib ki, bu plandan bəhs edilərsə, Yoonun cavabı Koreya vətəndaşlarının təhlükəsizliyini qorumaq ola bilər. NATO Sammitindən sonra Polşaya 3 günlük rəsmi səfər edəcək Yoon Polşa prezidenti Anjey Duda ilə görüşəcək.

 

Aydan Qasımova