Titanikdən 5 dəfə! Buz meydançası, qolf meydançası və su parkı ilə gəmi minlərlə insanı qəbul edəcək.
Bölmə: Siyasət › ,Tarix: 13:41 06.07.2023
Dünyanın ən böyük kruiz gəmisi "İcon of Seas" Finlandiyada ilk sınaq səyahətinə çıxıb. Titanikdən 5 dəfə böyük olan gəmi ilk səyahətini 2024-cü ilin yanvarında həyata keçirəcək.
İnformator.az CNN Türk-ə istinadən xəbər verir ki, gəmi bu yaxınlarda Finlandiyada ilk sınaq səyahətinə buraxılıb. 4 günlük sınaq prosesindən isə uğurla keçib. Buz meydançası, qolf meydançası və su parkı olan gəmi minlərlə insanı qəbul edəcək.
Nəhəng kruiz gəmisi 5600 nəfərə xidmət göstərəcək. Gəminin heyəti 2 min 350 nəfərdən ibarət olacaq. Ümumilikdə, təxminən 8000 nəfəri qəbul edəcək. Gəminin ən yaxşı xüsusiyyəti isə dünyanın ən böyük su parkına sahib olmasıdır. Bundan əlavə, gəminin içərisində "Mərkəzi Park"a bənzər bölmə də mövcuddur.
İcon of Seas-də 8 müxtəlif məhəllə var və yalnız üç mərtəbəsi ailələr üçündür. Hətta buz meydançası, qolf meydançası və 47 metrlik şəlalə də var. Gəminin uzunluğu 365 metr, çəkisi isə 250.800 qros tondur.
Fatimə Mustafayeva