Hollandiyada hökumət böhranı-Mark Rutte istefa ərizəsini krala təqdim edir

Bölmə: Siyasət › , Dünya › ,
Tarix: 23:11 08.07.2023

Hollandiyanın baş naziri Mark Rutte 4 partiyalı koalisiya hökumətindən istefa ərizəsini təqdim etmək üçün Hollandiya kralı Villem-Aleksandr ilə görüşüb.

 

İnformator.az Milliyet qəzetinə istinadən xəbər verir ki, Hollandiyanın Baş naziri Mark Rutte bu gün Hollandiyanın Haaqa şəhərində Hollandiya kralı Villem-Aleksandr ilə görüşərək 4 partiyalı koalisiya hökumətinin istefasını təqdim edib və ölkədə bu il keçiriləcək seçkiləri müzakirə edib. Kralla bir saatdan çox davam edən görüş keçirən Rutte görüşdən sonra mətbuat mənsublarının suallarını cavablandırmayıb. Bildirilib ki, Hollandiya kralı Villem-Aleksandr dünən hökumətin süqutundan sonra Yunanıstandakı tətilindən qayıdıb və 4 partiyalı koalisiya hökumətinin istefasının təsdiqlənməsi ilə bağlı hələ də açıqlama verməyib. Parlamentin bazar ertəsi buraxılacağı gözlənilir.

 

Digər tərəfdən, Hollandiyada yeni seçkilər noyabrın ortalarına təyin edilib. Hazırkı kabinet yeni seçkilərə qədər müvəqqəti olaraq vəzifədə qalacaq.