ABŞ-da yerləşən beyin mərkəzinin təsisçisi “Çin agenti” olmaqda ittiham olunur
Bölmə: Siyasət › ,Tarix: 12:15 11.07.2023
ABŞ-da yerləşən “Qlobal Təhlükəsizlik Təhlili İnstitutu”nun yaradıcısı Qal Luft “Çin casusluğu”nda ittiham olunub.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, BBC-nin xəbərinə görə, ABŞ federal prokurorları həm İsrail, həm də ABŞ vətəndaşı olan Lufta qarşı Çinin siyasətlərini açıq şəkildə dəstəkləmək üçün adı açıqlanmayan keçmiş ABŞ rəsmisini “gizli şəkildə işə götürmək və pul ödəməyə razılıq vermək” ittihamı irəli sürüb.
Sözügedən məmurun həm də ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri olduğu bildirilərkən, analitik mərkəzinin qurucusu Luftun həmin məmuru lobbi edərək Trampı “Çinlə bağlı müəyyən siyasətləri açıq şəkildə dəstəkləməyə” inandırdığı iddia edilib.
Prokurorlar "ABŞ administrasiyasının icazəsi olmadan silah satışında vasitəçilik etməkdə" günahlandırdıqları 57 yaşlı Luftun Çin, Liviya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Keniyadan "müştərilərə" silah satışında vasitəçilik etməyə çalışdığını bildirib.
Digər tərəfdən, Luft ilə əlaqəli olduğu düşünülən bir Twitter hesabı "silah taciri" ittihamlarını rədd edib. O, Kipr Rum Administrasiyasında saxlanılıb.
Luftun ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyalardan yan keçməyə çalışdığı, bir ortağına İran neftinin Braziliyadan gəldiyini söyləməyi tapşırdığı bildirilir. ABŞ-ın verdiyi beynəlxalq həbs qərarı ilə fevralın 17-də Kipr Rum Administrasiyasının (KKİ) Larnaka hava limanında saxlanılan Luft ekstradisiya olunmaq üçün zaminə buraxıldıqdan sonra yoxa çıxıb.
Bir gün sonra Luft adından açılan 15 min izləyicisi olan Twitter hesabında Luftun "ABŞ-ın siyasi ekstradisiya tələbi ilə" Rum Administrasiyasında həbs edildiyi iddia edilib.
Luft "xarici agent kimi qeydiyyatdan keçməmək", "neft sanksiyalarından yayınma", "istintaq orqanlarına iki dəfə yalan ifadə vermək" və "qanunsuz silah alveri" kimi 8 maddə ilə ittiham olunub.
Aydan Qasımova