İsveç baş naziri: Biz Türkiyə ilə daha sıx iqtisadi əlaqələrin tərəfdarıyıq
Bölmə: Siyasət › ,Tarix: 13:15 11.07.2023
İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin NATO üzvlüyünü qazanaraq Alyansa çox böyük töhfə verə biləcəyini ifadə edərək, "Uzun müddət üçün buradayıq. Terror və mütəşəkkil cinayətkarlıqla mübarizədə qərarlıyıq" deyob.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson NATO Sammitinin keçirildiyi Litvanın paytaxtı Vilnüsdəki Litexpoya gəlişi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“İsveçin NATO-ya üzvlüyü ilə bağlı dünən çox mühüm qərar qəbulu addımları atdıq” deyərək Kristersson prezident Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberqlə çox yaxşı görüşlər keçirdiklərini bildirib.
Kristersson ölkəsinin təxminən 200 illik bağlantısızlıqdan sonra indi ümumi himayə altında olmaq istədiyini bildirdi və deyib: "Biz bütün NATO üzvlərinin bilməsini istəyirik ki, İsveç də Alyansın təhlükəsizliyini təmin edəcək. Biz uzun müddət üçün buradayıq. Biz terrorizmlə mübarizəyə, mütəşəkkil cinayətkarlıqla mübarizəyə sadiqik. İsveçin Alyansa töhfə verəcəyi çox şey var. Dünən əldə olunan nəticədən çox məmnunam. İndi təsdiqləmələrin tamamlanmasını səbirsizliklə gözləyirik”.
Ölkəsinin Aİ ilə Türkiyə arasında sıx əlaqələrə üstünlük verdiyini vurğulayan Kristersson "Biz indi iqtisadi əlaqələrin inkişafını, Gömrük İttifaqının yenilənməsini, daha yaxşı viza qaydalarını dəstəkləyirik. Bu, daha sıx əməkdaşlıq üçün münbit zəmin yaradacaq" deyə əlavə edib.
Aydan Qasımova