İsveçin NATO-ya üzvlüyündən sonra Türkiyənin gözləntiləri

Bölmə: Siyasət › ,
Tarix: 15:25 12.07.2023

İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq. Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb. Görünən odur ki, artıq rəsmi Ankara İsveçin alyansa üzvlüyünə razılıq verib. Maraqlıdır, görəsən bu məsələdə Türkiyənin başlıca dividentləri nələrdir?

 

NATO-nun Baş katibi Yens Stoltenberq Rəcəb Tayyib Ərdoğanın ratifikasiya prosesi ilə əlaqədar Parlamentlə işləyəcəyini bildirməsindən şad olduğunu deyib: “Bu gün tarixi gündür. Çünki Türkiyə tərəfi İsveçin üzvlüyü ilə bağlı protokolu Böyük Millət Məclisinə təqdim edəcəyi barədə öhdəlik götürdü. Protokolun nə zaman təqdim olunmasına gəlincə, Türkiyənin müxtəlif siyasi dövlət institutularında vaxt cədvəli ilə bağlı şərh vermək mənə düşməz”.

 

Bununla da Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlük ərizəsini təqdiqləməyə dair razılıq verdi. Vaxtilə Stokholmun rəsmi Ankaranın şərtlərini qəbul etmədiyi üçün NATO-ya üzv seçilmədiyini nəzərə alsaq, indi bu razılığın hansı dividentlərə əsasən verildiyi sual doğurur. Xatırladaq ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə bu ölkələrin alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirdiyi üçün 2023-cü ilin aprelində NATO-ya üzv olsa da, İsveç Türkiyənin şərtlərinə əməl etməyib. Buna görə də Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç NATO-ya qəbul edilməyib. Son dövrlər İsveçdə insanların dini etiqadına yönəlmiş nifrət cinayətləri rəsmi Ankaranın fikrini daha da qətiləşdirİb. Siyasi analitiklərin fikrincə, Türkiyəni qərarından daşındıran bir sıra səbəblər var...

 

Siyasi şərhçi İsmail Cingöz hesab edir ki, İsveçin kommersiya əlaqələrinin investisiyalarına dəstək verəcəyi nəzərə alınıb: “Onların müdafiə ticarətində Türkiyəni dəstəkləyəcəkləri və Türkiyəyə qarşı tətbiq edilən məhdudiyyətləri aradan qaldıracaqları ilə bağlı açıqlamaları diqqət çəkib. İsveçin Avropa Birliyinin gündəlik yenilikləri ilə bağlı Türkiyənin tələblərinin nəzərə alınacağı, onların yenilənməsi, viza liberallaşdırılması kimi mövzularda Türkiyəyə dəstək verəcəyi ilə bağlı açıqlamalarının Türkiyəni inandırmaqda təsirli olduğunu söyləmək olar”.

 

Razılıq fonunda İsveç Türkiyəyə Ankaranın terrorçu elan etdiyi təşkilatları dəstəkləməyəcəyinə və Avropaya inteqrasiya məsələsində ona hər cür köməklik göstərəcəyinə də razılıq verib. Nəticədə Türkiyə bu razılaşmadan qazanclı çıxsa da, qarşıda vəziyyəti dəyişə biləcək situasiyanın yaranacağı istisna edilmir.

 

Siyasi şərhçi Hasan Oqtay hesab edir ki, İsveç və Finlandiya NATO-ya daxil olmaq baxımından yalnız Rusiyanın maraqlarından çıxış etsələr də, Türkiyə Rusiyadan anlayış görə bilmədi: “Onun da görmədiyi kimi, Türkiyənin təşəbbüsü ilə reallaşan taxıl dəhlizinin uzadılması ehtimalı söz mövzusu deyildi. Məsələn, iyulun 17-də bu məsələ yenidən müzakirə olunacaq, lakin böyük ehtimalla Rusiya bu dəhlizdən çıxacaq. Türkiyənin Avropa Birliyinə yalnız İsveçin dəstəyi ilə daxil olması mümkün deyil, çünki bir vaxtlar Türkiyə İsveçin NATO-ya üzv olmasına icazə verib, bundan sonra Avropa İttifaqı yekdilliklə yeni üzv kimi qəbul edilib”.İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacağı açıqlanıb. Lakin ölkə məclisi bu həftə yay tətilinə getdiyi üçün sənəd, böyük ehtimalla payız sessiyasında təsdiqlənəcək.Türkiyə parlamentinin payız sessiyası isə oktyabrın 1-də başlayır.