Azərbaycan ordu quruculuğu hər gün davam etdirilir
Bölmə: Siyasət › ,Tarix: 14:15 12.07.2023
Ordu quruculuğu istiqamətində atılan addımlar nəticəsində bu gün Azərbaycan ordusu nəinki regionda, hətta dünyanın ən güclü ordu sıralarında yer alır. Bu gün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Dünya Azərbaycan ordusunun gücünü hələ 2016-cı ilin Aprel döyüşlərində gördü. Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin bir hissəsini azad etdi.
İkinci Qarabağ müharibəsi isə Azərbaycanın hərbi potensialını təsdiq edən son nöqtədir. Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin baş qərargahları tərəfindən diqqətlə öyrənilir.
Vətən müharibəsində qazandığımız şanlı qələbədən sonra ordu quruculuğu istiqamətində atılan addımlar yekunlaşmadı. Ardıcıl islahatlar, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələrin yaradılması və ordunun ən müasir hərbi texnikalarla təchiz edilməsi kimi proseslər bu gün də davam etdirilir.
Ölkənin döyüş hazırlığı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunan ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə nail olmaq məqsədilə Azərbaycanın sürətli iqtisadi inkişafı keçib.
Tarixin müxtəlif dövrlərində təlimlərə dəyər verən məşhur hərb xadimləri belə hesab ediblər ki, təlim mühüm hərbi əməliyyat planı olaraq orduda şəxsi heyətin döyüş vərdişlərinin möhkəmlənməsində, hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əhəmiyyət kəsb edir. Elə buna görədir ki, müharibədən sonrakı dövrdə də Azərbaycan Ordusunun şəxsi heyəti mütəmadi cəbhə xəttində genişmiqyaslı döyüş təlimlər keçirir.
Orduda insan amili nə qədər önəmlidirsə, onun silahlanması, hərbi gücü də ən vacib məqamlardandır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır.
Hazırda Azərbaycan dövləti yerləşdiyi regionun geostrateji və geosiyasi üstünlüklərindən faydalı şəkildə bəhrələnmək, milli maraqlarını maksimum səmərəli realizə etmək üçün beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Bu əməkdaşlıq ordumuzun müasir hərbi standartları mənimsəməsinə, müasir yenilikləri tətbiq etməsinə şərait yaradır.Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq isə iki ölkə arasında 2010-cu ilin avqustunda imzalanan müqavilə ilə tənzimlənir.
Bugün də Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ordusunun gücü və siyasi manevrləri ilə işğal olunmuş əraziləri düşməndən azad edən Azərbaycanın və bu gün ərazi bütövlüyünü də eləə iki amil qoruyur.