Avropa İttifaqı: Yaponiyadan idxala qoyulan məhdudiyyətlər götürülür

Bölmə: Siyasət › ,
Tarix: 15:48 14.07.2023


Avropa İttifaqı Fukuşima nüvə qəzasından sonra Yaponiyadan idxala qoyulan məhdudiyyətlərin götürüldüyünü elan edib.

 

İnformator.az xəbər verir ki, bu barədə Aİ Komissiyasının prezidenti Ursula fon der Lyayen Yaponiyanın Baş naziri Fumio Kişida ilə birgə mətbuat konfransında deyib.

 

O, həmçinin, 2023-cü il ərzində bir sıra digər ticarət məsələlərini, xüsusən də kənd təsərrüfatı məhsullarının Yaponiya bazarına çıxışını həll etmək barədə razılığa gəldiklərini söyləyib.