Mariya Zaxarova - Moskva sülhü dəstəkləyir

Bölmə: Siyasət › ,
Tarix: 11:49 14.07.2023

Zaxarova “Moskva Bakı və İrəvan arasında sülhə aparan istənilən konstruktiv vasitəçiliyi dəstəkləyir”.

 

İnformator.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yerli mətbuata müsahibəsində iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünü şərh edərkən belə deyib:

 

"Biz davamlı sülhə nail olmaq yolunda istənilən konstruktiv vasitəçiliyi dəstəkləyirik. Ona görə də görüşün yekunlarından nəticə çıxarmaq lazımdır. İndi hər hansı nəticə barədə danışmaq hələ ki tezdir".