Avropa məhkəməsi Ermənistana “yox” dedi
Bölmə: Siyasət › ,Tarix: 14:06 15.07.2023
Avropa məhkəməsi Ermənistana müsbət geridönüş etmədi. Laçın yolu ilə təminat tələbbi rədd olundu
Azərbaycanın haqlı qərarlarını həzm edə bilməyən Ermənistan bu dəfə də əsassız iddialarla beynəlxalq məhkəməyə şikayət edib. İnsan hüquqları üzrə Avropa Məhkəməsindən isə Ermənistana pozitiv reaksiya gəlməyib. Belə ki, məhkəmə Ermənistanın Laçın yolu ilə bağlı müvəqqəti təminat tələbini rədd edib. Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib.
Araşdırmalar zamanı nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olması və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarı pozması müəyyən edilməyib. sərhəd nəzarət buraxılış məntəqəsinin bağlanması üçün beyənlxalq məhkəmələrin qapısını çəfəng iddialarla döyən Ermənistanın cəfəng iddialarının arxasında bir sıra məqamlar dayanır.
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin açıqlamasına görə, Ermənistanın əsas məqsədi Laçın yolundan sərbəst giriş-çıxışa nail olmaqdır. Rəsmi Yerevan çalışır ki, heç bir nəzarət olmadan silah-sursatın, qanunsuz yüklərin daşınmasını həyata keçirsin. Ona görə də Ermənistan çalışırdı ki, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qətnamə sayəsində Azərbaycanın Laçın yoluna nəzarəti aradan qaldırılsın. Siyasi analitiklər Avropa Məhkəməsinin bu qərarını Azərbaycanın diplomatik-hüquqi qələbəsi kimi qiymətləndirir. Bu faktın rəsmi İrəvana qarşı beynəlxalq səviyyədə siyasi və hüquqi təzyiqlərin formalaşmasına zəmin yaradacağına ümid edilir.
Aydan