Rusiya-Ukrayna arasında gərginlik artır
Bölmə: Siyasət › ,Tarix: 14:35 15.07.2023
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukraynaya yeni silahların tədarükü döyüş meydanında heç nəyi dəyişməyəcək. Bu, münaqişəni daha da gərginləşdirəcək.
Putin eləcə də Ukraynanın NATO-ya qoşulmasına qarşı olduğunu bir daha bəyan edərək, bunun Rusiyanın təhlükəsizliyini təhdid edəcəyini deyib. Rusiya prezidenti eləcə də Qərb dövlətlərinin Ukraynaya verdikləri tanklara da diqqət çəkib. “Ukraynanın NATO-ya üzvlüyünə gəlincə, biz bunu dəfələrlə demişik: bu, təbii ki, Rusiyanın təhlükəsizliyinə təhdidlər yaradır. “Xüsusi hərbi əməliyyatın” səbəblərindən biri də Ukraynanın NATO-ya daxilolma təhlükəsidir. Əminəm ki, bu, Ukraynanın təhlükəsizliyini yaxşılaşdırmayacaq”. Rusiya prezidenti bildirib ki, ümumilikdə bu, beynəlxalq səhnədə əlavə gərginliyə səbəb olacaq. Silah təchizatına gəlincə, Ukrayna uzaqmənzilli raket təchizatına ümid edir. Lakin bu raketlərdən istifadə edildikdə döyüş bölgəsində kritik heç nə baş vermir. Eyni şey xarici tanklara, zirehli transportyorlara da aiddir.
Qeyd edək ki, iyulun 4-dən 14-nə qədər 311 tank məhv edilib. Ukraynalı hərbçilər çox vaxt Qərb ölkələrinin verdiyi həmin tankların içərisinə girməkdən belə imtina ediblər.
Nəzrin Malik