Şimali Koreya özünümüdafiəyə başladı
Bölmə: Siyasət › ,Tarix: 14:44 15.07.2023
"Şimali Koreyanın qitələrarası ballistik raket buraxması ölkənin özünümüdafiə hüququnu həyata keçirməsidir" - Şimali Koreyanın BMT-dəki nümayəndəsi Kim Sonq Təhlükəsizlik Şurasına bu barədə məlumat verib.
Səfir bildirib ki, Birləşmiş Ştatların ölkəsinə qarşı son zamanlarda artan təxribatı nüvə böhranını daha da gərginləşdirir. Onun sözlərinə görə, yeni tip qitələrarası ballistik raketlə bağlı apardıqları sınaq qonşu ölkənin təhlükəsizliyinə heç bir mənfi təsir göstərmir. Həyata keçirilən sınaq özünümüdafiə, düşmən qüvvələrin təhlükəli hərbi manevrlərinin qarşısının alınmasına, dövlətin təhlükəsizliyinə və regionda sülhün qorunmasına zəmanətdir. Birləşmiş Ştatlar və onun müttəfiqlərinin Şimali Koreyaya qarşı hərbi təxribatı heç vaxt olmadığı qədər artır, nəticədə Koreya yarımadasındakı vəziyyət nüvə böhranını artırır.