Taksi sürücüsü və ya texnoloq? Taksometr və taxoqrafin yarada biləcəyi fəsadlar
Bölmə: Sosial › , İqtisadiyyat › ,Tarix: 16:08 15.07.2023
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr və rəqəmsal taxoqraf quraşdırılacaq. Təbii ki hər iksinin ayrı-ayrı xüsusiyyətləri var. Məqsəd taksi fəaliyyətinin keyfiyyətini artımaqdır. Milli Məclisdə III oxunuşda qəbul edilən “Avtomobil nəqliyyatı haqqında” Qanundakı dəyişiklik layihəsi hələlik birmənalı qarşılanmayıb. Detalları təqdim edəcəyik. “Avtomobil nəqliyyatı haqqında” Qanundakı dəyişikliyə əsasən, yeni cihazların quraşdırılması ilə bağlı tələblər sürücülərin iş və istirahət rejiminə nəzarəti nəzərdə tutur. Avtomobil hansı formada istismar olunur, sürücü neçə saat dincəlir, nə qədər yol qət edir, fasilə verir və.s.
Bunlara taxoqraf , qiymətə isə taksometr nəzarət edəcək. Bununla bağlı şəhər əhalisi arasında sorğu keçirdik. Fikrini öyrəndiklərimizin əksəriyyəti bu qərarın nə sürücüyə, nə də sərnişinə xeyri olacağını bildirdi. İnsanlar düşünür ki, əsas qiymətin tənzimlənməsidir.
Ekspertlər də hesab edirlər ki, telefon taksi sifarişi zamanı gedişhaqqı sərnişinə məlum olur. Elməddin Muradlının sözlərinə görə, buna nəzarət etməyə fantasik bir qurğuya ehtiyac yoxdur. “Təsəvvür edin taksiyə minmisiz, bir tərəfdə taxoqraf, bir tərəfdə taksometr. Bir tərəfdə planşet. Bir tərəfdə mobil telefon, naviqatoru qoşub ora. Sürücü texnoloq deyil ki. Bəs maşını kim sürsün” – sitatın sonu. Ekspertin sözlərinə görə, bu sistem üzərində olmayan sürücülər sərnişin götürə bilməyəcəklər.
Çünki, mərkəzi baza onu görmürsə, və ya fərqlənmə nişanı almayıbsa, tibbi müainədən keçməyibsə, nə operator, nə taksi şirkəti həmin sürücü ilə əməkdaşlıq edə bilər. Buna görə cərimələr, sanksiyalar nəzərdə tutulub. Şirkət 1 dəfə, 2 dəfə, 3 dəfə cərimələnsə, artıq onun qazancı demək olar ki, cəriməyə gedəcək. Cərimələnəndən sonra isə şirkət o sürücü ilə əməkdaşlıq etməyəcək.
ZEYNƏB