“YÜKSƏLİŞ” FİNALDA
Bölmə: Sosial › , İqtisadiyyat › ,Tarix: 16:16 15.07.2023
Üçüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinə start verilib. Finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 iştirakçı mübarizə aparır. Müsabiqənin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov hesab edir ki, cəmiyyət olaraq liderliyi öyrənmək nöqteyi-nəzərdən şanslıyıq. Çünki bu məsələdə Ulu öndər Heydər Əliyevin birbaşa olaraq öz konteksti var idi. Bu nümunədən çox şey öyrənə bilərik. Müsabiqə vasitəsilə mövcud və müəyyən qədər idarəçi təcrübəsi olanların ən yaxşılarını toplamağa başlamışıq. İdarəçiliyi peşə kimi qəbul etməliyik və bunun da öz riskləri var. Şəxsi inkişaf və balansın qorunması üçün ciddi çalışmaq lazımdır. Uğurlu idarəçi olan insanlar peşəkar risklərin nəzarətdə saxlanılmasında və idarə edilməsində doğru qərar qəbul etməlidi.