Kasetli bomba gərginliyi artır

Bölmə: Siyasət › ,
Tarix: 15:32 16.07.2023

Ukraynanın ABŞ-dan qadağan olunmuş kasetli sursatlar alması Rusiyanı daha da gərginləşdirib. Prezident Vladimir Putin Ukraynanı oxşar sursatlardan istifadə etməklə hədələyib. Rusiya prezidentinin sözlərinə görə Ağ ev silah çatışmazlığı səbəbindən belə bir vasitəyə əl atır. 

 

Ukraynanın ABŞ-dan kaset bombaları,100-dən çox ölkədə qadağan olunmuş sursatlar alması Kremldə böyük narazılıq və narahalıqla qarşılanıb. Dövlət televiziyasına müsahibə verən Prezident Vladimir Putin iddiaların əksinə rus ordusunun döyüş meydanında bu tip sursatlardan istifadə etmədiyini deyib. Rusiyanın da kifayət qədər kaset bombaları ehtiyatı olduğunu deyən Putin belə sursatların Ukraynadakı rus ordusuna qarşı istifadə ediləcəyi təqdirdə Moskvanın da bu silaha əl atacağını bildirib. “Qeyd etmək istərdim ki, Rusiya müxtəlif tipli kaset sursatlarının kifayət qədər ehtiyatına malikdir. Bizdə fərqli növlər var. Ancaq daha əvvəl onlardan istifadə etməmişik və müəyyən müddətdə sursat çatışmazlığına baxmayaraq, buna ehtiyacımız da yox idi. Bunu etmədik. Amma təbii ki, onlardan bizə qarşı istifadə olunarsa, qarşılıqlı addım atmaq hüququmuzu işə salacağıq” – sitatın sonu. 

Putin iddia edir ki, BŞ sursat çatışmazlığı səbəbindən Ukraynaya kasetli bombalar göndərmək qərarına gəlib. Ukrayna ordusunun hər gün 5-6 min 155 mm kalibrli güllə istifadə etdiyini, BŞ-ın isə ayda cəmi 15 min güllə istehsal edə bildiyini deyən Putin, “BŞ-da güllə sayı yetərli deyil. Avropada da bu kifayət qədər deyil. Onlar kaset sursatlarından başqa nəsə təklif edə bilməzdilər" deyə şərh edib. 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da oxşar açıqlama ilə çıxış edib. "ABŞ Ukraynaya kasset tipli sursatlar tədarük edərsə, Moskva da oxşar silahlardan istifadə etmək məcburiyyətində qalacaq" deyən Şoyqu Rusiyanın son zamanlar döyüş meydanında uğur qazandığını da deyib. Nazirin sözlərinə görə, rus ordusu Ukraynanın əks-hücum potensialını əhəmiyyətli dərəcədə azaldıb, nəticədə rus qüvvələri Liman şəhəri istiqamətində uğur qazanıblar. Nyu York Tayms qəzeti isə yazır ki, əks-hücumun ilk günlərində Ukrayna ordusu Qərbin verdiyi silah və texnikanın 20%-ə qədərini itirib.

Məhz bu ağır itkilər Ukrayna ordusunu bir qədər ləngiməyə və əks-hücum strategiyasını dəyişməyə məcbur edib. Nəşrin yazdığına görə, Ukraynaya yardım məsələsi sentyabrda Nyu-Dehlidə G20 sammitində müzakirə olunacaq. Bu arada Narendra Modinin Parisə son səfərindən sonra bildirilib ki, Hindistan Fransa ilə birlikdə Ukrayna üçün əvvəllər təklif edilənlərdən çox fərqli yeni sülh planı hazırlayır.

 


VÜSALƏ