Taxılın qiyməti artır?
Bölmə: Siyasət › , Sosial › ,Tarix: 20:35 16.07.2023
Ukrayna və Rusiya arasında imzalanan taxıl müqaviləsinin müddətinin uzadılıb-uzadılmayacağı məsələsi hələ də gündəmdədir. Belə ki, müqavilənin müddəti başa çatır. Rusiya hələ də müqavilənin vaxtının uzadılması ilə bağlI razılıq verəcəyini bildirməyib.
Bununla belə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması müqavilənin müddətinin uzadılacağı ilə bağlı ümidləri artırıb.BTürkiyə lideri deyib ki, Zelenskinin və Putinin təşəbbüsün davam etdirilməsi ilə bağlı bəzi təklifləri var.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Ərdoğanın bəyanatına münasibət bildirərkən yeni təklifdən xəbəri olmdığını bildirib. Moskva onlara verilən vədlərin yerinə yetirilməməsi səbəbi ilə sazişin müddətini uzatmaqda maraqlı deyil.
Hesablamalara görə, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa qədər Ukrayna ümumilikdə 9,8 milyard dollar dəyərində 50,6 milyon ton taxıl ixrac edib. Müqavilənin müddəti uzadılmayacağı halda Kiyev hər ay 500 milyon dollara yaxın məbləğ itirəcək.
İqtisadçı Xalid Kərimlinin fikrincə, Rusiyanın əsas məqsədi öz kənd təsərrüfatı məhsullarını, taxıl məhsullarını və gübrə məhsullarını tətbiq olunmuş məhsullara sanksiyaların aradan qalxmasıdır. Rusiya tələb edir ki bu taxıl biznesinə kənd təsərrüfatı ilə məşğul olan şirkətlər üzərində sanksiyalar aradan qalxsın və eyni zamanda bu şirkətlərin məhsullarını satmaq üçün sığortalama və təkrar sığortalamaya qoyulan məhdudiyyətlər, Rusiyanın kənd təsərrüfatı bankı rossel bank üzərində olan məhdudiyyətlər aradan qalxsın, onların svift sisteminə qoşulmasına imkan verilsin.
Qeyd edək ki, ötən ilin avqustundan əldə edilən razılaşmanın hər 4 aydan bir uzadılması planlaşdırılırdı. İndiyə qədər müqavilə 3 dəfə yenilənib. Ekspertlərin fikrincə, müqavilənin müddətinin növbəti dəfə uzadılmayacağı halda dünya bazarında taxıl qiymətlərində artım müşahidə olacaq.
AYSEL