Ermənistan üçün qapılar bağlanır

Bölmə: Siyasət › ,
Tarix: 20:44 16.07.2023

İyulun 14-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi rəsmi İrəvanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbini əsassız qəbul edib. Məsələni Beynəlxalq Ədalət Məhkəməsinədək aparan Ermənistana növbəti dəfə rədd cavabı gəlib. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın yalanlarını ifşa etməkdə davam edir. 

 

 

Məhkəmənin rəsmi saytında dərc olunan qərarda Ermənistanın Azərbaycanı, sərhədçilərini Laçın keçid məntəqəsindən və yoldan çıxarmağa vadar etmək tələbinin yekdilliklə rədd olunduğunu öz əksini tapıb. Bu, rəsmi İrəvanın tələbinin rədd edilməsi ilə təkcə iyul ayı ərzində 4-cü belə faktdır. 6 və 11 iyul tarixlərində də sözügedən məhkəmə Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edib. Bundan başqa, iyulun 14-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də İrəvanın eyniməzmunlu tələbini qəbul etməyib. 

 

Politoloq Əlimusa İbrahimovun sözlərinə görə, siyasətin bütün sahələrində artıq Ermənistan üçün qapılar bağlanır. Azərbaycanın nəzarətinin güclənməsi, nəzarət-buraxılış məntəqəsinin qurulması, yaxud da ki, yaxın gələcəkdə gömrük postunun yerləşdirilməsi və bütünlüklə onların Azərbaycana tabe olması yaxın gələcəkdə məhz elə ermənilərin Azərbaycan qanunlarına tabe etdirilməsi deməkdir və bu anlama gəlir. Təhlillər onu deməyə əsas verir ki, artıq nəinki bir sıra ölkələr, hətta beynəlxalq hüquq instansiyaları da Azərbaycanın bölgədə sülh və sabitliyin bərqərar edilməsinə çalışdığını qəbullanmaqdadır. 

 

Cavid