Brüsseldən gözləntilər

Bölmə: Siyasət › ,
Tarix: 20:53 16.07.2023

Azərbaycan Ermənistan arasında Brüssel formatında keçirilən görüşlərin əhəmiyyətindən biri də humanitar məsələrin həllində danışıqların olmasıdır. Bu dəfə ki Brüssel görüşündə də Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınmasının istiqamətinin dəyişdirilməsi də müzakirə edildi. Avropa İttifaqı da alternativ yoldan istifadənin  mümkünlüyünü təsdiqlədi.

 

 

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolu humanitar yüklərin daşınmasında Laçın yolunun alternativi  kimi istifadə edilə bilər. Avtomobil yolunun ümumilikdə Azərbaycan üçün əhəmiyyəti çoxdur. Belə ki, Bərdə-Ağdam avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına təsir edəcək, yük və sərnişin daşımalarında əsas rol oynayacaq, yük həcminin çoxalmasına və gəlirlərin artmasına şərait yaradacaq. Qeyd edək ki, bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə fəaliyyətini dayandırıb. 44 günlük müharibədə sonra   uzunluğu 47,3 kilometr olan bu dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan hissəsi yenidən tikilib.

 

 

Siyasi şərhçi Mübariz Göyüşov isə hesab edir ki, tərəflər arasında görüşlərin keçirilməsi, sülh sazişinin imzalanması üçün addımların atılması və.s istiqamətdə görülən işlər faydalıdır. “Bu görüşdə də müsbət nəticələrin artması daha önəmlidir. Hesab edirəm ki, Brüsseldə və Vaşinqtonda keçirilən görüşlər sonuncu Brüssel görüşü də sülh sazişinin imzalanması üçün atılan daha bir addımdır. Burada müzakirə olunan məsələlər dövlətlərarası münasibətlərin, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi, sülh sazişi, sərhədlər, itkin düşmüş şəxslərlə bağlı, minalar məsələsi, Beynəxalq Qırmızı Xaç Komutəsinin və.s istiqamətində aparılan müzakirələr faydalıdır” sitatın sonu. Siyasi şərhçilər Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüslərini pozitiv adlandırırlar. 

Qeyd edək ki, bu yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə fəaliyyətini dayandırıb. 44 günlük müharibədə sonra   uzunluğu 47,3 kilometr olan bu dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan hissəsi yenidən tikilib. 

 

Sayad Qoşnalıyeva