İsrail Prezidenti ABŞ ilə əlaqələri genişləndirir
Bölmə: Siyasət › ,Tarix: 11:02 16.07.2023
İyulun 18-i İsrail prezidenti İsxak Hersoqun ABŞ-a səfəri gözlənilir. İki vacib ölkə arasında baş tutacaq görüş müəyyən aspektlərdən mühüm əhəmiyyətə sahibdir. Liderlərin ən əsas mövzusu isə İsrailin regional inteqrasiyası və Rusiyanın İranla hərbi əlaqələridir.
İyulun 18-də baş tutacaq səfər Co Bayden ve İsrailin baş naziri Benyamin Netanyahu arasında yaşanan son gərginlik fonunda mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkə liderləri arasında müzakirəsi gözlənilən əsas məsələlərdən biri də məhz Tel-Əviv-Vaşinqton münasibətləridir. Ağ Evin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə həmçinin, İsrailin ABŞ ilə "qalıcı tərəfdaşlığı və dostluğu" eyni zamanda İsrailin təhlükəsizlik məsələləri də danışıqların gündəliyini təşkil edəcək.
Liderlər İsrailin regional inteqrasiyasının dərinləşdirilməsini, daha dinc və firavan Yaxın Şərq yaratmaq imkanlarını da müzakirə edəcəklər.
Elə bu mövzunun bir hissəsi olaraq İranın "regionda sabitliyi pozan davranışlarının" da gündəmə gətirilməsi səfərin əsasını təşkil edir.
Ekspertlər bildirirlər ki, bu mövzuda Bayden İsrail prezidentini razılığa gətirməyə çalışacaq. Bu görüş vasitəsilə Bayden həm İsraillə əlaqələrini gücləndirmək, həm də İsrail vasitəsilə Yaxın Şərqdə müəyyən mənada hakimliyə sahib olmaq niyyətindədir.
İsmayıl