Uşaqlar silahlı münaqişələrə cəlb edilir: Beynəlxalq təşkilatlar SUSUR

Bölmə: Siyasət › ,
Tarix: 14:40 19.07.2023

Ermənilərin uşaqları silahlı təlimlərə cəlb etməsinin növbəti görüntüləri yayılıb.

 

İnformator.az xəbər verir ki, onlar azyaşlı uşaqlara və yeniyetmələrə terrorçuluq fəaliyyətləri üçün hərbi təlim keçirlər. Bu dövlət həmçinin uşaqlardan mina terrorunda da istifadə etmək niyyətindədirlər və bunun üçün sosial şəbəkələrdə çağırışlar edilir. Bütün bu fəaliyyətlər isə nədənsə uşaq hüquqları ilə məşğul olan təşkilatların diqqətini cəlb etmir. Siyasi şərhçi Elçin Mirzəbəyli deyir ki, Ermənistan hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, onları bu ruhda tərbiyə edir. Bu erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük, aqressiv tərbiyə olunmasının bir daha sübutudur: ”Erməni Qriqoryan kilsəsi” Daşnaksutyun” kimi millətçi təşkilatlar uşaqları, yeniyetmələri hərbi təlimlərə, eyni zamanda döyüş əməliyyatlarına, terror aksiyalarına cəlb edərək öz bəd niyyətlərini həyata keçirməyə çalışırlar. Bu, ermənilərin klassik, ənənəvi təxribat ssenariləridi və bu ssenarilər hər zaman qabarıq şəkildə nəzərə çarpır”.


Hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, ermənilər uşaqlardan mina terrorunda da istifadə etmək niyyətindədirlər. Dünyada ən tanınmış terror təşkilatlarının azyaşlı erməni uşaqlarını öz aralarına cəlb etmək istiqamətində faəliyyətləri ara vermir. Onlar özlərinə məxsus sosial şəbəkə hesablarında minaların necə yerləşdirilməsinin öyrədiləcəyi ilə bağlı təlimlər üçün erməni uşaqlarını və gənclərini düşərgələrinə qoşulmağa çağırış edirlər. Ekspertin sözlərinə görə, rusların nəzarət etdiyi ərazilərdə birmənalı olaraq beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin, rus sülhməramlıların gözü qarşısında erməni uşaqları silahlı münaqişələrdə iştirak etmək üçün təlimlərə cəlb olunurlar və bu təlimləri həyata keçirən Qarabağda bir neçə təşkilat mövcuddur. Onlardan biri də VOMA, POQA və böyük TİQRAN təşkilatlarıdır.


Bununla da ermənilər qoşulduğu 1949-cu il Cenevrə Konvensiyası və onun 1977-ci il Əlavə Protokollarını, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsini ayaqlar altına alır. Çünki bu sənədlər 15 yaşından kiçik uşaqların hərbi təlimlərdə iştirakını, eyni zamanda yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunmasıını qadağan edir. Erməni silahlı qruplarının Qarabağ ərazilərində icra edilən qanunsuz hərbi fəaliyyətlərə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar susur.

Hicran