“Xalq necədirsə, onu idarə edənlər də elədir” – SİTAT

Bölmə: Siyasət › , Sosial › ,
Tarix: 23:37 20.07.2023

Bir çoxunun oxuduğu və uzun müddət təsirindən çıxa bilmədiyi bir kitab – Bəyaz Zanbaqlar Ölkəsində. Adının nə mənaya gəldiyini ilk başlardan təxmin etmək asan deyil, amma oxuduqca yazıçının hansı mesajı vermək istədiyini anlamaq mümkündür

 

Elçibəyin masaüstü kitabı, Atatürkün hərbi məktəblərin və akademiyaların tədris planına saldığı kitab. Həqiqətən də hər bir ölkə başçısının dövləti idarə etmək üçün ona rahatlıqla yön verə biləcəyi kitabdır.

 

Kitabda hər şeyin müsbət başlanğıcı kimi təhsilin göstərilməsi də çox xoşdur.

Kitabda Karokep olan hissə xüsusi gözəllik qatır. Yarvinenlər və Karokeplərin qarşılaşdığı situasiyaların onların həyatına yön verməsindən əsas nəticə bunu çıxarmaq olar ki, hər kəsə sevgiylə yanaşmaq, insanlara şans tanımaq lazımdır. Bu dramatik idi….

 

Finlandiya, ilk növbədə intellektin, təhsilin və sosial innovasiyaların nəticəsində qurulan ölkədir.

 

“Bəyaz zanbaqlar ölkəsində”dən 100 il sonra qayalıq və bataqlıqdan ibarət Finlandiyanın yerində dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri qurulub. Belə bir ölkə heç də asan başa gəlməyib.

 

 

Kitabda ən nəzərəçarpan sitat “xalq necədirsə onu idarə edənlər də elədir” idi.

 

Valideyinlər və övladlar olan hissəni isə ayrılıqda götürüb hər valideyn olan şəxsə oxutdurmaq lazımdır. Yeni valideyn olacaq şəxslər üçün dəyərli fikirlərdir. Kitabda həyatımıza yön verəcək bələdçi sitatı təqdim edirəm:

 

“Tez uğur qazanmağı əsas şərt qoymayın”

 

Fərahim Rzazadə