Türkiyədə müxalifət videokonfransının GİZLİ DETALLARI YAYILDI

Bölmə: Siyasət › ,
Tarix: 16:41 21.07.2023

Türkiyədə keçirilən prezident seçkisindən sonra ölkə müxalifətində sular durulmur. Əkrəm İmamoğlunun da qatıldığı sonuncu tədbirdə tərəflər arasında başverənlər deyilənləri bir daha sübut edir. Görüşün bəzi gizli detalları sosial şəbəkələrə sızıb.

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun Cümhuriyyət Xalq Partiyası rəhbərliyində dəyişikliklə bağlı təşkil etdiyi gizli vieokonfransın mediaya sızması gərgin olan partiyadaxili münasibətləri pik həddə çatdırıb.

 

 

CHP-nin qrup rəhbəri, eləcə də Kamal Kılıçdaroğluna seçkilər ərəfəsində yaxın olan şəxslərin iştirak etdiyi onlayn görüşdə Partiya Məclisinin çağrılması üçün nə qədər imza tələb olunduğu, kimlərin imza atdığını, partiya sədrinin iştirak etmədiyi təqdirdə toplantının baş tutmaması ehtimalı dəyərləndirilib. CHP-çilər buna qarşı alına biləcək tədbirləri də müzakirə ediblər. 14 dəqiqəlik videoçarxın sonunda bazar ertəsinə qədər lazımi imzaların toplanması, bundan sonra müraciətin təxirə salınmadan qərargaha təqdim edilməsinin vacibliyi bildirilir. CHP sədri Kamal Kılıçdaroğluna qarşı partiyadaşlarının xəyanəti kimi dəyərləndirilən görüşlə bağlı hələlik müxalifət lideri susqunluq nümayiş etdirir.

 

 

Məsələnin başqa tərəfi həftə sonuna partiyada planlaşdırılan iclaslardır. Hansı ki, Kılıçdaroğlunun sədrlik edəcəyi həmin toplantılara İmamoğlu da dəvət olunub. Viveogörüntülərdən sonra bir zamanlar bir birinə “ata-oğul” deyən bu şəxlərin necə üz-üzə gələcəyi sual altındadır.

 

 

Türkiyəli ekspert Cemal Zehirin sözlərinə görə, CHP-də müxalifət qazanı qaynamağa davam edir: “Kılıçdaroğlu müxalifləri hər keçən gün artır və toplantılarla bir araya gəlirlər. Baxaq, görək, bunlar demokratik bir seçimləmi yenməyə qalxacaq, yoxsa daha əvvəl də Muharrəm İncəyə tətbiq etdiyi gedişi gedəcək. Gələcəyi bilə bilmərik”.

 

 

Kim tərəfindən mətbuata sızdırıldığı hələ də araşdırılan CHP-lilərin gizli görüşü alternativ qurultaya hazırlıq kimi də dəyərləndirilir.

 

 

Onu da qeyd edək ki, siyasi təşkilatda artıq qurultaya hazırlıq prosesi başlayıb. Rayonlarda qurultaylar sentyabrın 10-da, əyalətlərdə isə sentyabrın 16-da başlayacaq.

 

 

Oktyabrın 15-də CHP-nin partiya məclisi böyük qurultayın tarixini təyin edəcək. Toplantıdan əvvəl bəzi üzvlər CHP Qrup sədri Özgür Özəl və CHP Qrup sədr müavini Gökhan Günaydının istefasını tələbini dəstəkləyiblər. Hətta CHP sədri Kamal Kılıçdaroğlunun məsələyə münasibət bildirməsini istəyiblər. 

 

Rahim