"Ermənilərin bu kimi xain və məkrli əməllərinin nəticələri olmayacaq" - Politoloq
Bölmə: Siyasət › ,Tarix: 18:41 22.08.2023
"Ermənistan tərəfinin bu son təxribatları təsadüfi deyil, əslində hava məkanının da pozulması cəhdləri başa düşüləndir".
Bu fikirləri İnformator.az saytına açıqlamasında politoloq Turan Rzayev Ermənistanın Azərbaycana qarşı son təxribatından danışarkən deyib:
"Rəsmi İrəvan başa düşür ki, Azərbaycanla gərginlik fonunda gec-tez sülh müqaviləsi imzalanmalıdır və bu sülh prosesində indiki zamanda maksimum dərəcədə dividentlər qazanmağa çalışır. Bunlardan biri də Aviasiya sahəsinin üstünlüyüdür. Amma Beynəlxalq qaydalara görə ölkələrin hava məkanını və dəniz sərhədlərini müəyyən edən parametrlər var və bu parametrlərdə Aviasiyanın, yəni hava limanınım harada tikilməsindən asılı deyil, yəni ermənilərin aereportu sərhədimizin sıfır səviyyəsində olsa belə, beynəlxalq qanunlara görə hava sərhəddi sabitdir və təyin olunandır".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan Ermənilərin bu tip xain və məkrli provokasiyalarının qarşısını almalıdır:
"Delimitasiya və demarkasiya prosesi çərçivəsində bu məsələ də öz həllini tapmalı olan məsələlərdəndir. Təbii ki, Azərbaycan tərəfi Ermanıstanın bu tipli təxribatlarının qarşısını almalıdır,xüsusiylə də qeyd etmək lazımdır ki, əlavə qurğuların quraşdırılması Ermənistan tərəfinin şər və böhtanlarına qarşı faktiki dəlil, sübutlar, foto və video materiallar eyni zamanda radar sistemlərinə tətbiqi vacibdir və Ermənistan əslində qalsa bu kimi təxribatlarla faktiki olaraq BMT-dəki prosesi davam etdirmək istəyir, bMT-də bizə qarşı bir şey edə bilmədilər, indi bu prosesin davamını etmək istəyirlər".
"Ermənistan maksimum dərəcədə çalışır ki, Azərbaycanı Beynəlxalq təşkilatlar nəzdində etibarsız etsin və eyni zamanda haqq və hüquqlarını pozsun. Amma bütün bunlar əbəsdir, çünki ölkələrin qəbul edilən sərhədləri var və bu sərhədlər çərçivəsində hava və quru məkənlar da tərtib edilir. Ümumiləşdirsək, bu əslində BMT təhlükəsizlik şurasında bir neçə gün öncə keçirilən iclasda nəticəsiz bitməsi fonunda diqqəti çəkir, yəni Ermənistan indi də bu prosesin davamını aparır və yenidən məsələni BMT-ə qaldırmaq istəyir. Lakin ona qədər daha böyük arqumentlər əldə etmək istəyir. Buna görə də elə məhz Azərbaycanı həm Aviasiya təşkilatı ilə, eyni zamanda da digər beynəlxalq təşkilatlarla üz-üzə qoymaq istəyir".
Politoloq hesab edir ki, ermənilərin etdiyi bu cür əməllərin nəticəsi olmayacaq:
"Hesab edirəm ki,bütün bunların hamısının nəticəsi olmayacaq,çünki Azərbaycan tərəfi Ermənistan kimi provakativ addımlar atmır, daha çox beynəlxalq hüquqa sığan, təmkinli addımlar atır. Biz məsəl üçün, müharibə və antiterror kimi radikal qərarlar qəbul etdikdə belə bunu beynəlxalq hüququn əsasında aparırıq və heç bir problemlə üzləşmirik".
Nuray Qədirli