Separatçıların dırnaqarası dirənişinin sonunda Azərbaycanın tələbinə baş əymək dayanır

Bölmə: Siyasət › ,
Tarix: 18:16 23.08.2023

  "Hadisələrin inkişafı bütün hallarda Azərbaycanın yaxın iki ildə Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyini bərpa edəcəyi ilə bağlı birmənalı mövqeyinin və iradəsini olduğunu göstərir"- siyasi-analitik Elməddin Behbud İnformator.az-a açıqlamasında separtçı hərbi xuntanın tutduğu radikal mövqenin yekun nəticənin dəyişməsinə heç bir təsiri olmayacağını açıqlayıb. “Çünki 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməsində tərəflərin kimliyi aydın şəkildə göstərilib. Qeyd olunan tarixədək münaqişə tərəfləri Ermənistan və Azərbaycan idi, sülhyaratma missiyası isə Rusiyaya, qismən isə Türkiyəyə məxsus idi. Bu cəhətdən xarici müdaxilələr nəticəsində separatçılardan Azərbaycana qarşı effektiv təsir vasitəsi kimi yararlanmaq cəhdlərinin legitim əsasları yoxdur. Mövcud konfiqurasiyada Azərbaycan dövləti həm diplomatik sahədə, həm də əməliyyat şəraitinə uyğun şəkildə silahlı qüvvələri vasitəsi ilə mövqelərini gücləndirərək öz son hədəfinə doğru addım-addım və sistemli şəkildə irəliləməkdədir”.

  Elməddin Behbud deyir ki, separatçıların dırnaqarası dirənişinin sonunda Azərbaycanın tələbinə baş əyməkdən başqa yolu yoxdur. Həm Laçın SKM vasitəsi ilə Qarabağı tərk edən ermənilərin sayının artması, həm də separatçıların Bərdə şəhərində görüşə razılıq verməyə məcbur olması, eyni zamanda Ağdam-Xankəndi yolu ilə bağlı tələbin qəbul olunması ilə bağlı xəbərlər Azərbaycanın ərazisindəki erməni icmasının reinteqrasiya prosesini hansısa müharibə cinayətkarlarının rəyinə görə formalaşdırmaq fikrindən tamamiilə uzaq və qətiyyətli olduğunu bir daha sübut edir.

 

NƏZRİN