Koreya yarımadasında nə baş verir ?
Bölmə: Siyasət › ,Tarix: 19:37 23.08.2023
Şimali Koreyanın paytaxtı Pxenyandan son 3 ildə ilk dəfə olaraq Pekinə kommersiya uçuşu həyata keçirilib. “Air Koryo” şirkətinə məxsus təyyarə Pekin aeroportuna gecə saatlarında enib. Pxenyanın koronavirus pandemiyasına görə 3 ildir bağlı saxladığı hava sərhədlərini açması isə böyük marağa səbəb olub. Koreya yarımadasında nə baş verir ?
COVID-19 epidemiyasının başlamasından sonra sərhədlərini bağlayan Şimali Koreya 3 ildən sonra xaricə ilk sərnişin uçuşu edib. Milli aviaşirkət Air Koryo-nun Şimali Koreyanın paytaxtı Pxenyandan havaya qalxan təyyarə Çinin paytaxtı Pekinə enib. Səhər saatlarında isə şirkətin digər təyyarəsinin gəlişi heç bir səbəb göstərilmədən ləğv edilib. Şimali Koreyanın uzun müddət sonra bu addımı atması, insanların müəyyən mənada marağına səbəb olsa da, sözügedən vəziyyət başa düşüləndir.
2020-ci ildə Covid-19 virusu səbəbindən bütün dünyada karantin rejimi elan edilsə də, keçən ildən başlayaraq əksər ölkələr mərhələli şəkildə vətəndaşların səyahətinə icazə verib. Lakin Şimali Koreyanın ilk sərnişin uçuşu indi reallaşır. Bu isə ölkə qaydalarını nəzərə aldıqda heç də təəccüblü deyil. Belə ki, Koreya Xalq Demokratik Respublikası yarandığı dövrdən ölkə dünyadan təcrid olunub. Digər ölkələrin vətəndaşları Pxenyana səyahət etmək istəsələr belə nadir hallarda hakimiyyət buna icazə verir. Ölkəyə gələn turistərin gedəcəyi yerlər əvvəlcədən hesablanır və insanlar yalnız tur rəhbərlərinin aparacağı məkanları ziyarət edə bilərlər. Əks təqdirdə polislər tərəfindən saxlanılıb, ölkədən deportasiya olunurlar. Bundan başqa turistlərin səyahət boyunca təsadüfən qarşılaşdığı vətəndaşlar belə əvvəlcədən planlaşdırılır. Bu addımlarla Pxenyan sadəcə ölkənin və hakimiyyətin propagandasını aparır, nəticədə insanlar Şimali Koreyaya səfər etməkdən çəkinir.
Eyni şəkildə Şimali Koreya vətəndaşlarının da ölkəni tərk etməsi istina hallar xaricində qadağandır. İcazə ilə ölkə xaricinə çıxan vətəndaşlar isə qısa vaxt ərzində geri qayıtmalı, səyahətdə olduğu zaman isə Şimali Koreyanı dünyada təbliğ etməlidirlər.
CAVİD