Özbəkistan Azərbaycana ilk yardım edən ölkədir
Bölmə: Siyasət › ,Tarix: 19:40 23.08.2023
Özbəkistanla-Azərbaycan arasında 160-dan çox sənədin imalanması Strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət edir. Azərbaycan-Özbəkistan birgə İnvestisiya Fondunun qurulması işgüzar dairələri arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Azərbaycan və Özbəkistan 2023-2025-ci illər üzrə enerji əməkdaşlığı inkişafının yeni Yol Xəritəsini imzalayıb. Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, resurslardan səmərəli istifadə, enerji keçidi ilə bağlı təcrübə mübadiləsində əməkdaşlıq edəcəklər. İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunan ərazilərində yaşıl enerji infrastrukturunun qurulması və istehsalının formalaşdırılması ilə əlaqədar özbəkistan şirkətlərinin prosesə cəlb olunması həm təcrübə, həm investisiya baxımından maraqlı olmaları məsələsidir. “Eyni zamanda azərbaycanın yeni və daha sürətli şəkildə təşəkkül tapmaqda olan qaz sənayəsində özbəkistan təcrübəsindən istifadə bütövlükdə götürəndə enerji resurslarının idxalı ixracı prosesinin şaxələndirilməsi ilə bağlı və idxal ixrac infrastrukturunun, əməkdaşlığının dərinləşdirilməsi ilə bağlı bir ümimi çərçivə kimi görmək olar”.
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, Azərbaycan-Özbəkistan arasında bugünədək imzalanan 160-dan çox sənəd, strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə hüquqi baza yaradıb. “Türkdilli dövlətlər təşkilatının üzvüyük. Və hər iki dövlət mərkəzi Asiya ilə avropa arasında körpü rolunu oynayaacq iqtisadi layihələrin həyata keçirilməsində təşəbbüskardır. Bu, bizim, hər iki dövlətin və ümumilikdə türkdilli təşkilatların və bir neçə üzv dövlətlərin gələcəyə yatırdığı investisiyalardır, sərmayədir. Bu təkcə iqtisadi sərmayə deyil, bu həm də siyasi ideoloji sərmayədir. Bu həm də hər iki xalqın gələcəklə bağlı dəyişən dünyada mövqelərinin güclənməsi istiqamətində ciddi strategiyadır”.
Yeri gəlmişkən, Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır və bu ölkə ilə xarici ticarətin həcmi son illər 64 faiz artıb. Nəticədə dövriyyə 111milyon 903 min dollardan 2022-ci ildə 183 milyon 307 min dollaradək artıb. Bundan əlavə Azərbaycan Ösbəkistan iqtisadiyyatına 12 milyon dollar investisiya yatırıb. Bu ölkədə 204 şirkət fəaliyyət göstərir. Özbəkistana gəlincə, işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana ilk yardım edən ölkədir. İndiyə qədər birgə layihələr çərçivəsində Füzulidə 960 şagird yerlik məktəb binası tikilib.
AYSU