İvan Rakitiç "Əl-Şabab"la müqavilə imzalayıb

Tarix: 22:14 01.02.2024
Səudiyyə Ərəbistanının “Əl-Şəbab” komandası İspaniya təmsilçisi “Sevilya”nın 35 yaşlı xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiçi heyətinə qatdığını açıqlayıb.
2011-2014 və 2020-2024-cü illərdə iki mövsüm oynadığı “Sevilya”da 323 matça çıxan Rakitiç 51 qol vurub, 63 məhsuldar ötürmə edib. Xorvatiya millisinin heyətində 106 dəfə forma geyinən 35 yaşlı futbolçu karyerası ərzində “Bazel”, “Şalke 04” “Barselona” və “Sevilya”da çıxış edib.
Ayaz Zeynalzadə