Ronaldonun komandası Messinin komandasını darmadağın etdi

Bölmə: İdman › ,
Tarix: 11:08 02.02.2024

Ötən gecə “Əl Nəsr” və “İnter Mayami” komandaları qarşılaşıb.

 

 

Yoldaşlıq xarakteri daşıyan Riyad Kubokunun ən maraqla gözlənilən qarşılaşması “Əl Nəsr- “İnter Mayami” oyunundan 1 gün əvvəl ərəb klubunun mətbuat orqanları komandanın kapitanı Kriştianu Ronaldonun zədə səbəbindən oynaya bilməyəcəyini deməsi oyunun marağının bir qədər azalmasına səbəb oldu. 3-cü dəqiqədə Otavionun qolu ilə erkən hesabı açandan sonra Talişka 10-cu dəqiqədə hesab arasındakı fərqi 2-ə qaldırıb. 2 dəqiqə sonra eks sitili-Eremik Laport tarixə keçəcək çox gözəl bir qol ilə hesabı 3-0 edib. Daha sonra 51 və 73-cü Talişka, 68-ci dəqiqədə Mohammed Khalil Marran qolla yadda qalıblar.

Oyunda yadda qalan sonuncu hadisə Lionel Messinin 83-cü dəqiqədə meydana daxil olması olub. 

 

 

Mayamililər nə qədər çalışsa da, 1 qol belə olsun vura bilməyiblər. “Əl-Nəsr” 6:0 “İnter Mayami”.

 

 

 

Müzəffər Quluzadə