“Zirə” və “Səbail”dən Abbas Hüseynov iddiası

Bölmə: İdman › ,
Tarix: 21:35 01.02.2024

“Qarabağ” klubunun sağ cinah müdafiəçisi Abbas Hüseynov ilə premyer liqa komandaları “Zirə” və “Səbail” maraqlanır.

 

 

28 yaşlı müdafiəçi uzunmuddətli zədədən sonra oyun praktikasından əziyyət çəkir. Mövqeyində Veşoviç,Silva,Toral,Maksim kimi futbolçular olan Abbas Qurban Qurbanov tərəfindən dəqiqələr ala bilmir. Abbasın heyyətə düşə bilməməsi bu transferin reallaşmasına təkan verən amildir. 

 

 

Qeyd edək ki, Abbas Hüseynovun 2025-ci il 30 iyuna qədər “Köhlən Atlar”la müqaviləsi davam edir.

Müzəffər Quluzadə

mənbə: sportal.az