Sedrik Bakambu rəsmi olaraq "Real Betis"ə keçib

Bölmə: İdman › ,
Tarix: 11:32 02.02.2024

Qalatasaray, 32 yaşındakı oyunçu Cedric Bakambunun La Liqa komandalarından olan "Real Betis"ə transfer olduğunu açıqlayıb. 

 

Sarı-qırmızılı klubdan İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) verilən şərhdə, "Peşəkar futbolçumuz Sedrik Bakambunun transferi ilə bağlı Balompie SAD ilə razılıq əldə olunub. Razılaşmaya əsasən, Real Betis Balompie SAD, şirkətimizə 5.000.000 avro xalis zəmanət haqqı ilə, 5.050.000 avro şərti bonus ödəyəcək." ifadələri işlədilib.

 

Sarı-qırmızılı klub "Real Betis"lə anlaşan Bakambuya vida mesajı ilə təşəkkür edib. Klubdan verilən açıqlamada "Qalatasaray forması ilə göstərdiyiniz səylərə və töhfələrə görə təşəkkür edirik, Sedrik. Gələcək karyeranızda uğurlar" deyilir.

 

Mənbə: NTV Spor

Zəhra Həsənova