Qurban Qurbanovdan 1-ci liqa klubuna maddi dəstək.

Tarix: 19:43 02.02.2024
“Qarabağ” komandasının baş məşqçidi Qurban Qurbanov 1-ci liqada iştirak edən “Zaqatala” klubunun kommunal xərclərini ödəyib.
Bu barədə Zaqatala klubunun prezidenti Şaban Şirdanov məlumat verib. O bildirib ki, təcrübəli mütəxəssis hər zaman kluba öz maddi dəstəyi ilə yardım edir.
Qeyd edək ki, “Zaqatala” komandası 1-ci liqada uzun müddətdir ki,yüksək yerlər uğurunda mübarizə aparır.
Müzəffər Quluzadə
mənbə:premyerliqa_