Sacha Boey ilk matçına çıxdı, Bayern Münhen qalib gəldi

Bölmə: İdman › ,
Tarix: 21:57 03.02.2024

"Bavariya"nın "Qalatasaray"dan transfer etdiyi fransalı futbolçu Sacha Boey yeni komandası ilə ilk matçını Mönhenqladbax "Borussiya"sına qarşı keçirib. Fransız futbolçunun 62-ci dəqiqədə oyuna daxil olduğu görüşdə "Bavariya" 3-1 hesabı ilə qalib gəlib.

 

Almaniya Bundesliqasının 20-ci həftəsində "Bavariya" evdə "Borussiya Mönhenqladbax"ı 3:1 hesabı ilə məğlub edib. Pavlovic, Keyn və De Ligt "Bavariya"ya üç xalı gətirən qolları vurdular.

 

Bu qələbə ilə xallarını 50-yə yüksəldən Bavariya komandası 52 xalla lider Bayer Leverkuzen-in ardınca getməyə davam edib.

 

BOEY DEBÜT EDİB

 

"Qalatasaray"dan yeni transfer olunan fransalı futbolçu Sacha Boey bu matçda yeni komandası ilə ilk matçına çıxıb. Qarşılaşmaya əvəzedici heyətdə başlayan Boey 62-ci dəqiqədə mərakeşli futbolçu Noussair Mazraouini əvəzləyərək oyuna daxil olub.

 

Aynur Babayeva