“Neftçi”dən növbəti transfer iddiası

Tarix: 12:14 05.02.2024
“Nefçi” serbiyalı futbolçu Milan Pavkov ilə anlaşıb.
Bu mövsüm ən azı ölkə kuboku və premyer liqada 2-ci olmağı qarşısına məqsəd qoyan “Ağ-qaralar” 30 yaşlı futbolçunu transfer etmək niyyətindədir. Hətta futbolçu ilə razılığa gəlib, mövsüm sonunadək müqavilə imzalanacağı gözlənilir. Bu mövsüm forma şansı qazanmaqda çətinlik çəkən serbiyalı 3 oyuna çıxıb, qol və asistlə yadda qalmayıb.
“Srvena Zvezda” komandasında da oynamış hücumçu hazırda Səudiyyə Ərəbistan liqasında çıxış edən “Əl-Feyxa”nın şərəfini qoruyur.
Müzəffər Quluzadə
mənbə:millifutbol.az