Sevindirici xəbər... İnsulin iynəsi əvəzinə şokoladdan istifadə edin!

Bölmə: Maraqlı › ,
Tarix: 19:28 05.02.2024

Texnologiya və biologiyadakı heyrətamiz inkişaflar sağlamlıq sahəsində də müsbət yeniliklərə qapı açır. Məsələn, "biotexnologiya" və "nanotexnologiya" birləşdirildikdə, diabet xəstələri, xüsusən də 1-ci tip şəkərli diabet xəstələri üçün böyük ümid, rahatlıq və xoşbəxtliyə çevrilə bilər.

 

Məlum olduğu kimi, dünyada milyonlarla şəkərli diabet xəstəsi var, və onların əhəmiyyətli bir hissəsi insulin infeksiyalarından istifadə etməklə öz sağlamlıqlarını qoruya bilir. Norveç və Avstraliya alimlərinin birgə apardıqları tədqiqatın nəticələri bizim üçün yeni və fərqli üfüqlər açır:

 

Görünür, qan şəkərini tənzimləyən məhlulu insulin iynələrindən nanotexnologiya sayəsində şokolad parçasına yerləşdirilə bilən insulin molekullarını şokolad tabletlərinə köçürə biləcəyik.

 

Bu mühüm və yeni araşdırmanın nəticələrinə əsasən, "insulini orqanizmə kapsul şəklində və ya kiçik bir şokolad parçasına yerləşdirməklə daxil etmək" mümkün olacaq. Ümid edək ki, sonrakı tədqiqatlar bu müsbət ilkin məlumatları dəstəkləyəcək və insulin inyeksiyaları şokolad ətirli tablet və ya kapsullarla əvəz olunacaq.

 

İnsulin nədir?

 

İnsulin mədəaltı vəzi tərəfindən ifraz olunan həyati bir hormondur. Sağlamlığımız üçün "olmazsa olmaz" molekullardan biridir. Amma onu da bilək ki, “həm az, həm də çox zərər verir” qaydası insulinə də aiddir. Maddənin istehsalı bu və ya digər səbəbdən dayandıqda, yəni "mütləq insulin çatışmazlığı" olduqda, bir sıra sağlamlıq problemləri meydana çıxır ki, bu da TİP 1 ŞƏKƏR DİABETİ (UŞAQ ŞƏKƏRİ) ilə nəticələnə bilər, və bu zaman həddindən artıq miqdarda istehsal olunarsa, nəticədə TİP 2 ŞƏKƏRLİ DİABET (YETİŞKİN ŞƏKƏRİ) ola bilər. Bir daha xatırladıram ki, bu gün yaşadığımız və sağlamlığa ciddi təhlükə yaradan "ŞƏKƏRLİ DİABET PARLATMASI"nın əsas səbəbinin 1-ci tip şəkərli diabet deyil, 2-ci tip diabet olduğu məlumdur.

 

Əgər bu epidemiyaya nəzarət etmək məqsədəuyğundursa buna görə də əsas məqsəd, ilk addım, üzərində dayanılması lazım olan əsas məsələ “İnsulinin artıqlığı/hiperinsulinemiyası” və onun gözlənilən nəticəsi “insulin müqaviməti” problemi kimi qarşımıza çıxır. Daimi müvəffəqiyyət üçün hiperinsulinemiyanın səbəb və 2-ci tip diabetin nəticəsi olduğunu bilmək bizim üçün əvəzolunmaz ilkin şərtdir. Bir sözlə, çox az və ya çox insulin zərərlidir.

 

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Təhminə Abdurəhimova