Juninyo “Fənərbaxça”ya təklif olunub

Bölmə: İdman › ,
Tarix: 19:53 05.02.2024

Batşuayinin gedə biləcəyi ehtimalını nəzərə alan İstanbul təmsilçisi Edin Cekonun əvəzləyicisi kimi hücumçu axtarır

 

Mediada dolaşan xəbərlərə görə, Qarabağın 27 yaşlı forvardı Olavio Juninyonu menecerlər Türkiyənin “Fənərbaxça” klubuna təklif edib. Uğurlu mövsüm keçirən braziliyalı bir neçə Avropa klublarının diqqət mərkəzindədir. Bu mövsüm Juninyo avrokuboklar daxil olmaqla 34 rəsmi oyuna çıxıb, 19 qol, 4 asistlə yadda qalıb, premyer liqanın aşkar üstünlüklə bombardiridir.

 

Qeyd edək ki, “Fənərbaxça” klubu “Neftçi”nin eks hücumçusu Saldanya ilə də yaxından maraqlanır.

 

 zəffər Quluzadə