Misli.az-da yaranan problem-şikayətlər var

Bölmə: Sosial › , İdman › ,
Tarix: 20:26 05.02.2024

Ölkədə yeganə qanuni mərc saytı olan Misli.az-da baş verən problemlər istifadəçilərin çoxsaylı şikayətlərinə məruz qalıb.

 

Son günlər ərzində Misli.az istifadəçilərin pullarını mənimsəyir, olmadığı halda hesabda borc olduğunu göstərir. 

 

Bu problemlərlə bağlı Misli.az istifadəçisi, şikayətçi Rzaqulu Hüseynov informator.az- a açıqlama edib:

 

“Yazdığım kupon 1 oyun təxirə düşüb,onun əmsalı çıxılıb, balansıma 43.00 azn ödəniş köçürüldü. Həmin məbləği hesabımdan köçürmə etdim və sonra Misli balansımda pul olmamasına baxmayaraq, məbləği geri qaytarmağa çalışdı, buna görə də hazırda hesabımda -43.00 azn ödəniş göstərilir”.

 

Misli.az-ın mətbuat xidməti ilə əlaqə saxlasaq da, telefonlarımıza və mesajımıza cavab gəlmədi. Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

 

Qeyd edək ki, Misli.az 2022-ci ildən qanuni mərc saytı olaraq fəaliyyət göstərir.

 

Müzəffər Quluzadə 



Bölmədən digər xəbərlər
İnsan alveri ilə mübarizəyə həsr olunmuş beynəlxalq onlayn görüş keçirilib
29 iyul tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşkilatçılığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və Çexiya ilə Polşada fəaliyyət göstərən azərbaycanlı diaspora liderlərinin iştirakı ilə onlayn görüş keçirilib.